Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb

A- A A+

Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə zamanı "Mercedes" və "Ssang Yong" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: