Heydər Əliyev irsi böyüyən nəsillərin tərbiyə nümunəsidir

A- A A+

Tərbiyə işində şəxsiyyətin nümunəsi və ideyala­rının, irsinin təsir gücü çox mü­­hüm faktordur. Şa­gird­lər va­li­deynlərin, müəl­lim­lərin, ətrafda yaşayan­ların, televiziyida gördükləri, kitablar vasitə­si­lə tanış olduqları görkəmli şəxsiyyətlərin həyat yolunu, irsini, təcrübəsini, əməllərini öyrəndikcə örnək almağa meyl edir, onlara bənzəməyə çalışırlar.

Təlim-tərbiyə işində şagirdlərin həyat fəa­­liy­yə­tinin və təcrübəsinin  millətimizə, xalqımıza, vətənimizə xeyir verən şəx­siyyətləri,  vətə­nimizin azadlığı uğrunda şəhid olmuş fədailəri tanımalarına, oxuduqları əsərlərdəki qəhrəmanlar, onların həyatı, bu insanları əhatə edən mühit barədə, siyasi quruluş barə­də əhatəli biliklərə yiyələnmələrinə ­ nail olmaq lazımdır. Belə məlumatlar şagirdlərin dünyagörü­şü­nü zəngin­ləşdirir, onlarda vətənpərvərlik, mərdlik, dünyaya açıq gözlə baxmaq xüsusiyyətləri formalaşdırmaqla kimin irsindən öyrənəcəkləri, hansı ideya inamı ruhunda tərbiyə alacaqlarıyla bağlı fikir yaradır. Bu baxımdan, hazırkı dövrdə şagirdlərin ideya inamının formalaşdı­rıl­ma­­sında ümummilli lider Heydər Əliyevin irsin­dən istifadə olunması çox böyük uğurlar əldə etməyə imkan verər.

Heydər Əliyevin həqiqi ədalət adamı olması, başladığı işin uğur­la başa çatdırması üçün nəhayətsiz əzm və iradə nümayiş etdir­mə­si, səbrli və mahir siyasətçi,  sülh, əmin-amanlıq yolçusu olması uşaqların, ümumən, hər bir ölkə vətəndaşının qürur mənbəyidir. Heydər Əliye­vin Tanrıya inamı, inancına sədaqəti, yüksək vətənpərvərliyi və xalqına, millətinə bağlılığı, həmişə, hər yerdə azərbaycanlı olmasıyla qürur duyması, həqiqətsevərliyi,  reallığı düzgün qiymətləndirə bil­mə­si, sözü ilə əməlinin bütövlüyü, haqqı çılpaq və sərt deyə bilmək cəsarəti, pisliyə nifrət və onun daşıyıcılarını tənqid etmək, yaxşıları isə mükafatlan­dırmaq və xal­qın gö­zün­də ucaltmaq səyləri, fəzilət sahibi, mər­hə­mət­li və şəfqətli olması, natiqlik məharəti  və səmimi ünsiy­yət qabiliyyətinə malik olması və başqa bu kimi ali  key­fiy­yətləri bugün­kü nəslin tərbiyə nümunəsi olmalıdır.

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbay­can xalqıdır, Azərbaycan Res­pub­likasıdır, Azər­baycan vətən­daşıdır. Əgər buna nail ola bilsəm, həyatımı ən xoşbəxt adam kimi başa çatdıracağam. Məhz buna nail olmağa çalışıram və çalışaca­ğam”. Bu fikirlər ulu öndər Heydər Əliyevin ülvi, müqəddəs həyat amalı, ide­ya­ları, həyat fəaliy­yə­tinin meyarı, ölçü vahidləri idi.

Belə bir zəngin ideya irsinin xalqın bütün tə­bə­qələri arasında, xüsusən yetişən nəslin ideya alə­mi­nin forma­laş­masında necə bir mahiyyətə və əhə­miy­­yətə malik olduğu şübhəsizdir. Ümummilli liderin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçir­diyi siyasətin mahiyyəti böyüməkdə olan nəsillərə daha dərindən çatdırılmalı, müstəqil Azərbaycan dövləti­nin onun ən böyük əsəri olduğu aşılanmalıdır.

Ulu öndər Heydər Əliyevin ideyalarını əqi­dəyə çe­virmək, bu əqidəni yetişən nəslin ruhuna hop­durmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın məna­­­­fe­­­yi uğrun­da fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suve­ren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq qarşımızda duran mü­hüm, ümdə vəzifədir. Belə bir vəzifənin uğurlu həlli üçün bütün tərbiyə işinin qoyu­lu­şuna, onun daxili məzmun istiqamətinə nüfuz etmək, şagirdlərin  idrakına və qəlbinə Heydər Əliyev  ideya­ları ilə təsir göstərmək lazımdır.

“Həqiqəti dərk etməklə tərbiyə yalnız başlan­mış olur”. Bu başlan­ğıc mərhələsinin əsası isə sistemli, ardıcıl şəkildə və pedaqoji prinsipləri gözləməklə ümumtəhsil məktəblərində qoyulur və inki­şaf etdirilir. Təhsil müəssisələrində fənlərin tədrisi zamanı, müxtəlif  tərbiyə işləri prosesində şagird­lərin ulu rəhbərin ideyaları ruhunda tərbiyə edilməsi üçün çox geniş imkanlar mövcuddur. Bu həqiqətdir. Lakin bu həqiqətin reallığa çevrilməsi, yəni bu istiqa­mət­də  tərbiyə işinin səmərəlilik səviyyəsi o halda mümkün ola bilər ki, şagirdlərin Heydər Əliyev nümunə­sində tərbi­yə­si işi xüsusi şərtlər daxi­lində həyata keçirilsin. Şagirdlərin ideya inamının formalaş­dı­rıl­ması üzrə işin müvəffəqiyyəti onun stimullaşdırılması və istiqamətləndi­ril­mə­sindən asılıdır. Ümumtəhsil mək­­təblərində Ulu Öndərin həyat və fəaliyyəti nümu­nə­sində ideya inamının formalaşdırılması işində bu deyilən cəhət

həmişə diq­qət­də saxlanılmalıdır.

Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ideyaları­nın mənimsənilməsi sahəsində işlər hələ müstəqil­lik dövrünün ilk illərindən təlim-tərbiyə prosesinə da­xil olmağa başlayıb. Bu dövrdə Heydər Əliyev nümu­nə­sin­də başlayan tərbiyə işi dahi şəxsiyyətin ölkənin xilas yolunu tap­maq, xalqı düş­dü­yü ağır vəziyyətdən çıxarmaq, çətin və taleyüklü məsə­lələri həll etmək yolunda gördüyü işlərin fonunda aparılırdı. Heydər Əliyevin həyatı­nı və mübarizəsini daha yaxşı, daha dolğun və daha tez başa düşülən tərzdə izah etmək, aydın­laşdır­maq haqqında qabaqcıl məktəblərin və müəllimlərin anlayış və təsəvvürləri formalaşdırmaq səyləri diq­qə­tə layiqdir. Naxçıvan şəhərinin, Muxtar Respub­lika­nın rayon və kənd məktəblərinin bu sahədə apardığı işlər haqqında çoxlu materiallar toplanıb. Onlar Heydər Əliyevi xalqın qurtuluşunun yeganə təminat­çısı kimi qiymətləndirir və bu­ böyük şəxsiyyəti şa­gird­lərin gözü qarşısında  xilaskar kimi canlandırır, təbliğ edirlər. Pedaqo­ji prosesdə düzgün, bəlli mövqedən münasibət göstə­rən müəllimlər Heydər Əliyev şəxsiy­yətini və ideyalarını uca tutur və şagirdləri bu ideya­lara bağlı dəqiq, aydın bilik və məlumatlarla silahlan­dırır, daha əhəmiyyətlisi, pedaqoji fəaliy­yətini sosial həyat­dakı əməli işləri ilə birləş­dirərək davam və inki­şaf etdirirlər.

Hazırda yüksək inkişaf tempi ilə irəliləyən respubli­ka­mızın ümumtəhsil məktəb­lərində Heydər Əliyevin ideyaları ru­hun­da, onun həyati fədakarlığı timsalında  böyüyən nəsillərin tərbiyəsi işində yüksək uğurlar əldə edilib. Şagirdlərin Heydər Əliyev ideyalarını mə­nim­­səməsi, həyatının məq­­sədinə çevirə bilməsi üçün geniş imkanlar vardır. Gənc nəslin öz ideya məqsədi, mənə­viyyatı və tələbatı, yüksək əmək mədəniyyəti və davranışını formalaş­dır­maq məq­sədi ilə ümumtəhsil məktəbləri hər bir şagirdin, müəllimin, məktəb rəhbə­ri­nin ixtiyarına böyük imkanlar verib.

Məlumdur ki, Heydər Əliyev ideya­la­rı­nın, irsinin əzəmətini, bö­­yük­lüyünü başa düşməyin bünöv­rəsi, əsası ibtidai siniflərdə qoyulur. Müəllimlər bu işdə müm­kün qədər daha sistemli və ardıcıl çalışmalıdırlar. Bil­mək lazım­dır ki, şagirdlərin ulu öndər Heydər Əliyevin nü­mu­­­nəsində tərbiyəsinin ibtidai təhsil illəri üçün perspektiv plan­laşdırma təcrübəsi gündəlik iş kimi adi hala çevril­mə­lidir. Məhz ibtidai siniflərdən başlayaraq, yorulmaz zəhmətkeş, valehedici dərəcədə çalışmaq qabiliyyəti olan bir insan kimi Heydər Əliyevin obrazını açıb göstərmək lazımdır. Onun Azər­baycan məmləkəti ad­la­nan doğma vətən, yurd təəssübkeşliyi, xal­qa, vətənə vurğunluğu, sədaqəti haqqında uşaqlara bu yaşlardan başlayaraq ardıcıl  əsaslı bilik və məlumatlar vermək lazımdır. Bu böyük şəxsiyyətin azərbaycançılıq, dövlət­çilik uğrunda apar­dığı mübarizənin çətin, keşməkeşli yolunu kiçikyaşlı mək­təb­lilərin başa düşəcəyi bir dildə öyrətmək lazımdır. Ümum­mil­li liderin humanizm, sülh, insan­lar və xalqlar arasında münasi­bət­ləri düz­gün qurması, dostluq və əməkdaşlıq nümu­nə­si ibtidai sinif şagirdlərinin yaş və bilik səviyyəsinə uyğunluğu nəzərə alınmaqla öyrədil­məlidir. Bütünlükdə Heydər Əliyevin həyat nümunəsi, siyasi-ictimai fəaliyyəti, yaradıcılıq irsi pedaqoji və metodiki əsasları müəy­yən­­ləşdirilməklə müntə­zəm, davamlı şə­kil­­də, lazım ol­du­ğu səviyyədə kiçikyaşlı məktəblilərə çatdırılmalıdır.

Biz bu gün böyüməkdə olan nəsilləri Ulu Öndərin dəfə­lər­lə ölçülüb-biçilmiş, dərk edilmiş, ətraf­lı düşünülmüş siyasəti sayəsində, çox əzab-əziyyətlərə qatlaşaraq, mə­­­tin­lik, dön­məz­­lik, səbr nümayiş et­di­rərək qurduğu Azərbaycan dövlətinə səda­­­­qət ruhun­da böyütmək üçün vasitələrdən, yollardan, im­kan­­lardan ən yüksək dərə­cə­də faydalanmalıyıq. Heydər Əliye­vin azərbaycançılıq ideyalarının gələcə­yimiz olan övlad­larımı­zın qanına, canına daxil olmasına, onların özlərini heç vaxt yol ayrıcın­da hiss etməmə­sinə nail olmalıyıq. Çünki Heydər Əliyevin böyük və əzəmətli, həmişəyaşar ideyaları Azərbaycan dövləti, res­pub­likası üçün möhkəm bünövrə, zəmanətdir.

 

                                                                      Lalə Allahverdiyeva

                                                                      Pedaqogika üzrə fəlsəfə doktoru

                                                                               Naxçıvan Müəllimlər İnstitutu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: