Qələbənin 74-cü ildönümü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində qələbənin 74-cü ildönümü münasibətilətədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov veteranları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından salamlayıb və Qələbə günü münasibətilə təbrik edib.

Qeyd olunub ki, müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında”  Sərəncamı bu qayğının növbəti göstəricisidir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib deyən Mirsənani Seyidov veteranlara hədiyyələr təqdim edib.

Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” insturumental ansamblı bir-birindən gözəl ifalar təqdim edib.

 

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: