Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb

A- A A+

Oğuz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 7 nəfər xəsarət alıb ki, onlardan da 6-sı bir ailənin üzvüdür.

NUHÇIXAN-ın məlumatına görə, günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 37 yaşlı Aybəniz Sadıqovanın idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəzadan sonra sürücü Aybəniz Sadıqova, avtomobildə olan sərnişinlər - sürücünün anası M.Balammədova, atası R.Balammədov, üç övladı və dayısı 65 yaşlı A.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

TƏBİB-dən verilən məlumata görə, Oğuz rayonu Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər (2 kişi, 5 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: