Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

9 mm-lik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 24 komandadan 72 hərbi qulluqçu iştirak edib. Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb. Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman  və diplomlar təqdim edilib.

Nəriman Nəcəfov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: