Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

A- A A+

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, onun yaşadığı ünvandan xüsusi qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: