Culfa Rayon Mərkəzi Xəstəxanasında 35 cərrahi əməliyyat aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri tərəfindən Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.

Aksiyada ümumilikdə 33 nəfərdən ibarət  tibbi heyət iştirak edib.

Yüksəkixtisaslı heyət 78 nəfəri ambulator müayinələrdən keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olan 35 xəstə üzərində əsasən hemorroidoektomiya, fimoz, LOR, öd kisəsi və başqa əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıb. Culfa rayonunun Yaycı kəndindən Həmzə Əliquliyevin iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub.

Babək rayonunda humanitar tibbi aksiya

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi Şəxsin 34 həkim və tibb işçisi  səhiyyə müəssisəsində humanitar tibbi aksiya keçirib. Həkim – cərrahların səyi ilə 30 cərrahi müayinə, o cümlədən 21 göz, 10 dəri-zöhrəvi, 15 LOR, 35 fimoz, 5 hemorroidoektomiya əməliyyatı aparılıb, əhaliyə zəruri tibbi xidmət göstərilib. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıblar.

Publik hüquqi şəxsin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və  tibb işçilərinə izah edilib.

Qeyd edək ki, humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: