Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sədərəkdə qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 10-da Sədərək rayon ictimaiyyətinin nümayəndələri Ulu öndərin Heydərabad qəsəbəsinin mərkəzində ucalan büstünü ziyarət edib, önünə gül dəstələri düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Sədərək rayonunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil olması bölgənin geostrateji mövqeyi cəhətdən əhəmiyyətli addım sayılır. O zaman vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. 2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə ümummilli liderimiz bunu bir daha xatırladıb.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. Hazırda bu rayonunun qorunması, sürətli  inkişafı  torpaqlarımıza göz dikən  düşmənlərə ən böyük gözdağıdır.  

Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2000-ci il tarixdə imzaladığı və sərhəd bölgəsinin öz simasını tamamilə dəyişməsinə səbəb olan “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncamın böyük əhəmiyyəti xüsusi qeyd olunub.    Ziyarət zamanı sakinlər ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayıb, rayon mərkəzinin Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşımasıyla fəxr etdiklərini bildiriblər.

Sərxan  İsmayılov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: