Naxçıvanda piyadanı avtomobil vurub - VİDEO
Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə zamanı yolu qarşı tərəfə keçən 1985-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Quliyev Loğman Qələndər oğlunu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.