Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə humanitar tibbi aksiya - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin təşəbbüsü ilə  Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir. 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş və bölgədə analoqu olmayan müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları hər il yerli həkimlərlə birgə çoxsaylı müayinələr aparır, müxtəlif cərrahi əməliyyatlar icra edirlər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim oftalmoloqları hər həftənin cümə və şənbə günləri Naxçıvan Muxtar Respublika  Xəstəxanasında humanitar tibbi aksiya keçirirlər. Bu aksiyanın keçirilməsində məqsəd xəstələri operativ şəkildə erkən müayinə-müalicə etmək, sağlamlıqla bağlı çətinliklərin həll olunmasına kömək göstərmək və cərrahi əməliyyatları aparmaqdan ibarətdir.

Mayın 10-da keçirilən növbəti aksiya isə ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunub. Növbəti aksiyada  həkim briqadasını oftalmoloq - cərrahlar  təmsil ediblər. Aksiya zamanı ümumilikdə müxtəlif göz xəstəliklərindən əziyyət çəkən xəstələrin müayinəsi və  mürəkkəb göz əməliyyatları  aparılıb. Səyyar aksiyada göstərilən xidmətlərdən əsasən ahıllar, uşaqlar, eləcə də gənclər istifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: