Magistral yol üzərində ikinci körpünün inşası davam edir

A- A A+

Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası davam etdirilir.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, mövcud körpü sökülüb, dayaqların inşası artıq başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, bundan əvvəl yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər əks istiqamətdə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: