Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib - FOTOLAR

A- A A+

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: