Şahbuz rayonunda tibbi aksiya

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirib.

Əvvəlcə yerli tibb işçiləri tərəfindən cərrahi əməliyyata ehtiyacı olan uşaqların müayinəsi aparılıb və onlar xəstəxanaya dəvət ediliblər.

Briqadada 2 əməliyyat, 2 anesteziologiya üzrə tibb bacısı və sanitarlar təmsil olunublar. Aksiya müddətində 20 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Onlar bir neçə saat həkim müşahidəsi altında saxlanıldıqdan sonra evə buraxılıblar. 3 uşaq üzərində isə hernioplastika cərrahiyəsi aparılıb.

Yerli həkim və orta tibb işçiləri tərəfindən briqadanın səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb.

                                                                Novruz Məmmədov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: