Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir. Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib.
Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub. Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Zakir Həsənov təqdim edib.