Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən muxtar respublika ərazisində tikinti işləri aparılan obyektlərdə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun yoxlama nəzarət funksiyaları davam etdirilir. Tikinti quraşdırma işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun aparılması təsdiq edilən işçi layihələrinə əsasən yoxlanılır, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün obyektin məsul şəxslərinə müvafiq göstəriş və tövsiyələr verilir. Tikintidə istifadə olunan tikinti materiallarının laboratoriyada sınağının aparılması ilə yanaşı səyyari üsulla da tikinti obyektlərində layihə üzrə beton və yükdaşıyıcı dəmir beton konstruksiyaların naturada möykəmlik göstəricisi “Şmidt” çəkici ilə təyin edilir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.