Dünya Bankı: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyaya malik yeganə ölkədir

A- A A+

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada həm ümumilikdə, həm də regionlar üzrə əhalinin artımı müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dünya Bankının “Cənubi Qafqazda demoqrafik vəziyyət” adlı məruzəsində bildirilir.

Məruzədə deyilir ki, Azərbaycan əhalisinin sayının orta artım sürəti 2010-cu ildən 2015-ci ilədək olan dövrdə 1,3 faiz təşkil edib. Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır.

Məruzədə, həmçinin qeyd edilir ki, sürətli iqtisadi artıma baxmayaraq, Azərbaycanda urbanizasiyanın səviyyəsi sabit şəkildə aşağıdır.

Sənəddə deyilir ki, 2000-2015-ci illərdə Azərbaycanda ÜDM orta hesabla ildə 11 faiz artıb. “Bu əhəmiyyətli artım daha yüksək sosial transfertlərin və real əməkhaqqının kəskin artması hesabına yoxsulluğun azaldılması ilə müşayiət olunub”, - deyə məruzədə bildirilir.

Həmçinin qeyd olunur ki, adambaşına düşən real ÜDM-in orta illik artım sürəti Abşeron iqtisadi rayonundakı 3 faizdən tutmuş Naxçıvan Muxtar Respublikasındakı 10 faizdən artıq diapazonda yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: