UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır

A- A A+

Bir ailənin evinə qayıtmasından, bir məktəbin yenidən fəaliyyətə başlamasından və ya bir yolun icmanı yenidən birləşdirməsindən əvvəl torpaq təhlükəsiz olmalıdır. Məhz buna görə humanitar minatəmizləmə yalnız yenidənqurmanın ilkin şərti deyil, həm də bərpanın başlanğıcıdır.

NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, UN-Habitat üçün humanitar minatəmizləmə şəhər siyasətinin, planlaşdırmanın və maliyyələşdirmənin fundamental tərkib hissəsidir. Təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin fəaliyyəti, eləcə də məcburi köçkünlərin və qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil: "Azərbaycan bu istiqamətdə mühüm addım ataraq “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks və çoxşaxəli maneə kimi tanıyır. Bundan əlavə, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş Böyük Qayıdış Proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etdirilən bərpa və yenidənqurma prosesinə sıx şəkildə inteqrasiya olunub".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: