Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib - FOTOLAR

A- A A+

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Baş Gömrük İdarəsində effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin qarşısının alınması, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi məqsədilə təlim keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a verilən xəbərə görə, təlimdə insan alverinin xüsusiyyətləri barədə məlumat verilib, sosial-iqtisadi, milli və beynəlxalq təhlükəsizlik baxımından risk yaratdığı vurğulanıb.

Tədbirdə Dövlət Gömrük Komitəsinin, Tibbi Xidmət İdarəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri çıxış edərək insan alverinin əlamətləri, risk qrupuna daxil olan şəxslərin düzgün qiymətləndirilməsi, potensial zərərçəkmişlərlə davranış qaydaları barədə məlumat veriblər.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: