Ötən ay “Bakı Metropoliteni”ndən istifadə edən sərnişinlərin sayı açıqlanıb - FOTOLAR

A- A A+

Avqust ayında sərnişinlər “Bakı Metropoliteni” QSC ilə 13 milyondan çox səfər ediblər.

NUHÇIXAN QSC-yə istinadla xəbər verir ki, 2026-cı ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 faiz az sərnişin daşınıb.

Ayın lideri 1 milyon 400 min 424 sərnişinlə metronun “Koroğlu” stansiyası olub.

3 avqust 548 min 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə 6 milyon 802 min 45 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 faizini təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 faiz artıb.

“Əlçatan metro” xidməti çərçivəsində 79 sifariş icra olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: