NUHÇIXAN xəbər verir ki, Sədərəkdə alaq otlarına qarşı mübarizə aparılması ilə bağlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin və “Aqrolizinq ASC”-nin Sədərək rayon bazasının təşkilatçılığı ilə tədbir keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Səfər Hüseynov təsərrüfat sahiblərinə göstərilən dövlət dəstəyi haqqında məlumat verib.
Sonra “Aqrolizinq ASC”-nin Sədərək rayon bazasının direktoru Hümbət Rzayev vurğulayıb ki, son günlər yağışların intensiv yağmağı, sahələrdə alaq otlarının sürətlə inkişaf etməsinə səbəb olub. Bu isə təsərrüfat sahələrində yaranan alaq otları, xüsusən də buğda sahələrində əmələ gələn sarıçiçəklərə qarşı profilaktik tədbirləri aktuallaşdırır. Belə olan halda qabaqlayıcı tədbirlər görülməlidir ki, sonda məhsuldarlıq aşağı düşməsin.
Direktor əkilib-becərilən bitkilərin xəstəlik, zərərverici və alaq otları ilə kompleks mübarizə tədbirlərinin aparılmasına dair tövsiyələr verib. Dərman preparatlarının istifadə qaydaları barədə iştirakçıları məlumatlandırb.
Təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.
Sonda hazırlanan dərman preparatları texnikanın köməyi ilə sahələrə səpilib.
Nadir Məmmədov