NİİM: Vaxtında müdaxilə edilmədikdə azyaşlılar qəzanın qurbanı ola bilərlər

A- A A+

11, 12 və 13 yaşları var. Ancaq bu azyaşlılar törətdikləri qayda pozuntuları ilə özlərinin və digərlərinin həyatı üçün ciddi təhlükə yaradıblar. Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçir. Yollarda təhlükəli manevrlər edən zaman skuterdə olan azyaşlı sərnişin yolun hərəkət hissəsinə yıxılır. Xoşbəxtlikdən bu dəfə onların etdikləri səhv hərəkətlər qəza ilə nəticələnməyib. Lakin görüntülər bir daha göstərir ki, uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə nəzarət də olduqca vacibdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) valideynlərə müraciətində bildirilir. Qeyd olunur ki, bu məqsədlə hər bir valideyn müşahidə kameralarının qeydə aldığı görüntülərə diqqətlə baxmalı və həyat üçün vacib olan bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Onlar bilməlidirlər ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlanır.

“Valideynlər övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməli, svetofor siqnalları barədə məlumat verməli, əks istiqamətdə hərəkət etməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmalıdırlar. Qeyd edək ki, belə hallar aşkar edildiyi zaman azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür”,- deyə müraciətdə bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: