Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb

A- A A+

Şahbuz rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

 

"Report"un yerli bürosunun xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib: "Xəstəxanaya 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir".

Qeyd edək ki, dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: