Ordubadda humanitar tibbi aksiya yekunlaşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Ordubad rayonunda 4 günlük humanitar tibbi aksiya keçirilib.
Klinik Xəstəxananın 28 yüksəkixtisaslı həkim və tibb işçiləri Ordubad Rayon Mərkəzi Xəstəxanasında olublar. Briqadaya həkim cərrah, mama–ginekoloq, kardioloq, otolarinqoloq, nevropatoloq, uroloq, nefroloq, endokrinoloq və başqa həkimlər daxil edilib.
Kliniki xəstəxananın cərrah, lor, terapevt həkimlərindən təşkil olunan briqadası rayonda 800-dən artıq müayinə və müalicə həyata keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.
Qeyd edək ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birlikdə tibbi aksiyada yaxından iştirak ediblər.
Ərhan Novruzov