Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

A- A A+

Sentyabrın 7-də günün ikinci yarısından diametri 160 millimetr olan magistral su xəttindən "MİDA" MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə işləri aparılacaq.

NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar Naxçıvan şəhərinin Babək məhəlləsi ilə Əliqulu Qəmküsar küçəsinin kəsişməsi istiqamətində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq. İşlər başa çatdıqdan sonra su təchizatı əvvəlki rejim üzrə bərpa ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: