Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər - FOTOLAR
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.
Sosial Könüllülük Akademiyasının ilk məzunları ahıllara göstərilən xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında köməklik göstərib, sovqatlar təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənhalarda yarana biləcək diskriminasiya (ayrıseçkilik) hallarının qarşısının alınması, habelə onların sosial inteqrasiyasına nail olunmasından ibarətdir.