Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur - FOTOLAR
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümumi uzunluğu 17.5 kilometr olan Naxçıvan şəhəri S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov, 58-61-ci məhəllə istiqamətində əsaslı təmir işlərinə başlanılıb.
Hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 17.5 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.
Qeyd edək ki, işlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramının icrası çərçivəsində aparılır. Proqrama daxil olan digər küçə və məhəllələrdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.