Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb - FOTOLAR
Avqust ayında Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb.
NUHÇIXAN “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, bu halların böyük hissəsi sərnişinlərin diqqətsizliyi və müdaxilələri ilə bağlı olub.
“Ötən ay 84 dəfə sərnişin müdaxiləsi, 80 dəfə sərnişin yıxılması, 34 dəfə digər səbəblər bu hal qeydə alınıb.
Rəqəmlər göstərir ki, eskalatordan istifadə zamanı bir anlıq diqqətsizlik və qaydalara müdaxilə həm hərəkətin dayanmasına, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub”, - deyə məlumatda bildirilir.