Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində xəsarət alanların kimliyi bilinib.
NUHÇIXAN-ın məlumatına görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Aliyev Xankişi Əsgər oğlu, 1869-cu il təvəllüdlü Aliyev Budaq Əsgər oğlu, 1972-ci il təvəllüdlü Aliyeva Xatirə Əkbər qızı və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil qızıdır.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
09:12
Hacıqabul rayonunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var.
NUHÇIXAN-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
