Zəngəzur Milli Parkında ekologiyaya diqqət artırılıb

A- A A+

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli  sərəncamı ilə muxtar respublikamızın Şahbuz, Culfa və  Ordubad rayonlarının inzibati ərazilərində yerləşən  torpaqları hesabına 42,794 hektar  ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılıb. 

Zəngəzur Milli Prkının yaradılmasında əsas məqsəd, ərazidə ekoloji sistemlərin, bioloji müxtəlifliyin, genetik fondun, təbiət komplekslərinin, dünyanın, Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının qırmızı kitabına düşmüş fauna, flora növlərini təbii vəziyyətdə qoruyub saxlamaq, ekoloji monitorinq həyata keçirmək, digər elm ocaqları ilə elmi araşdırmalar apararaq və ekoturizmin inkişafı etdirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikasının dəniz səviyyəsindən ən aşağı nöqtəsi də, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan Qapıcıq da Zəngəzur Milli Parkı ərazisindədir. Muxtar respublika ərazisində 118 fəsiləyə daxil olan 880 cinsdə 3000 ali bitki növünün əksəriyyəti Zəngəzur Milli Parkı ərazisində yayılıb. Ərazidə 77 ali və nadir bitki növü var. Dərmanların 48 faizə qədəri bitkilərdən hazırlanır ki, bu dərman bitkilərinin çoxu Zəngəzur Milli Parkının ərazisinə yayılıb.

Muxtar respublikamızın  ərazisində məskunlaşan heyvan növlərinin çoxu Zəngəzur Milli Parkı ərazisindədir. Park ərazisində 32 məməli heyvan növü  mövcuddur. Burada bezoar keçisi, dağ qoyunu (muflon), bəbir, çöl pişiyi, qamışlıq pişiyi, vaşaq, Cənubu Qafqaz qonur ayısı, qırmızı kitaba düşən quş növləri, sürünənlər, balıqlar və sair yaşayırlar. Digər elmi təşkilatlarla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi işçiləri ilə birlikdə bu heyvan növlərinin  gündəlik həyat fəaliyyətləri mütəmadi olaraq  fotoşəkillər vasitəsilə izlənilir və araşdırılır.

Milli Parkın ərazisi flora və fauna zənginliyi ilə yanaşı həm də təbii və tarixi abidələri ilə də seçilir. Ölkəmizdə ekoloji problemlərin olmamasına, heyvanat və bitki aləminin qorunması işinə dövlət əhəmiyyətli vacib bir məsələ kimi baxılır. Biz təbiət qanunlarını nə qədər dərindən dərk ediriksə, onun  təhlükə qarşısında olduğunu və bizim qayğımıza ehtiyacı olduğunu bir o qədər yaxşı  başa düşürük.

         

Samir Quliyev,

Naxçıvan Muxtar Respublikası

 Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin Zəngəzur

Milli Parkının elmi işçisi

“El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: