Xətai küçəsində asfaltlanma işləri davam edir - FOTOLAR
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında şəhərin bəzi küçə və məhəllələrində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-bərpa işləri icra olunur.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhəri Xətai küçəsində uzunluğu 7.7 km olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Yolun 4.5 km-ə yaxın hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.