Ağdərənin Suqovuşan kəndində müasir infrastruktur qurulur - FOTOLAR

A- A A+

Ağdərə rayonunun Suqovuşan kəndində genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələri həyata keçirilir.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində kəndə köç edən sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə hündürmərtəbəli yaşayış binalarından ibarət müasir yaşayış kompleksi salınıb. Kənddə coxmənzilli yeni yaşayış binaları ilə yanaşı, sosial infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilib. Kənddə məscid, məktəb və tibb məntəqəsi fəaliyyət göstərir.Suqovuşanda kommunal infrastruktur da yenidən qurulub. Sakinlər fasiləsiz elektrik enerjisi, içməli su, yüksək sürətli internet və təbii qazla təmin edilir. Əhalinin gündəlik tələbatlarının daha rahat qarşılanması üçün kənddə market yaradılıb, bankomat quraşdırılıb. Kənddaxili yolların və ətraf ərazilərin abadlaşdırılması, ictimai məkanların yaradılması istiqamətində də işlər görülüb. Beləliklə, Suqovuşanda müasir və rahat yaşayış üçün zəruri infrastruktur formalaşdırılıb.Yaşayış kompleksində idarəetmə və sakinlərin gündəlik tələbatlarının təmin olunması istiqamətində də sistemli iş aparılır.Ağdərə-1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMC) sədri Xətayi  Aslanov bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədi yaşayış kompleksində sakinlərin rahatlığını, təhlükəsizliyini və nizam-intizamı yüksək səviyyədə təmin etməkdir. X. Aslanovun sözlərinə görə, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətlərinin ana xətti yaşayış kompleksindəki sakinlərin rahatlığını, təhlükəsizliyini və nizam-intizamı yüksək səviyyədə təmin etməkdir. O, bildirib ki, çoxmənzilli binaların idarə olunması böyük məsuliyyət və gündəlik diqqət tələb edir:“Biz işimizi təkcə cari təmizlik və ya kommunal məsələlərlə məhdudlaşdırmırıq. Binaların mərkəzi istilik və su təchizatından tutmuş, liftlərin texniki təhlükəsizliyinə, qarajların istifadəsindən kanalizasiya və digər infrastruktur xətlərinin sazlığına qədər hər bir xidmət sahəsinə sistemli yanaşırıq”.MMC rəhbəri onu da qeyd edib ki,  sakinlərlı daimi əlaqə saxlayırlar, hər bir müraciət operativ araşdırılır və həllini tapır. Məqsəd kompleksi daha abad, idarəetməni isə daha müasir və nümunəvi müstəviyə qaldırmaqdır.
Suqovuşanın yenidən canlandırılması, müasir yaşayış məntəqəsinə çevrilməsi ilə yanaşı, ərazinin turizm imkanlarının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir.Kəndin üstün cəhətlərindən biri onun əlverişli təbii-coğrafi mövqeyi və zəngin təbiətidir. Meşələri, dağlıq relyefi və su anbarı Suqovuşanda turizmin inkişafı üçün əlverişli şərait yaradır.Bu gün Suqovuşanda aparılan quruculuq işləri kəndin simasını dəyişməklə yanaşı, onun sosial-iqtisadi və turizm potensialının gələcəkdə daha da artırılmasına imkan yaradır.

Anar Şuşalı

Naxçıvan televiziyası

Qarabağ

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: