Xocalıda mina partlayışı nəticəsində ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

09:33

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

NUHÇIXAN-ın məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan Anar Həsənov adlı şəxsin Xankəndi Şəhər Xəstəxanasına çatdırıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: