Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Regional DOST Mərkəzində “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təminat üçün göndərişlər verilib.

Həmin şəxslər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilib. 

Onlar abadlaşdırma, yaşıllaşdırma, parklara, ictimai yerlərə qulluq, sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışacaqlar. 

DOST İş Mərkəzinin "İşsizin dostu" proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə, ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə, onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət edir.

Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır. Bu da onların gələcək əmək və sosial təminat hüquqlarının əsasını təşkil edir.

Naxçıvan Regional DOST Mərkəzində məşğulluq xidmətləri də daxil olmaqla sosial sahə üzrə 164 xidmət “bir pəncərə”dən təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: