Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

A- A A+

Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı avtomobillə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) NUHÇIXAN-a verilən xəbərə görə, qəza nəticəsində minik avtomobilində olan sərnişin Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

BDYPİ ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımi nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: