Şərur rayonunda uşaqların dərin tibbi müayinələri yekunlaşıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayon Uşaq Xəstəxanasının həkimləri tərəfindən rayonun tam orta məktəblərində və Şərur Şəhər Uşaq Bağçasında uşaqlar arasında  aprel-may ayları üçün nəzərdə tutulan  dərin tibbi müayinələr yekunlaşıb. Aprel-may ayları davam edən müayinələr əvvəlcədən tərtib olunan cədvəllərə uyğun həyata keçirilib. Müayinələrə ümumilikdə 9 minə yaxın uşaq  cəlb olunub. Pediatr, oftalmoloq, stomatoloq, cərrah,  LOR və digər ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən dərin tibbi müayinələr aparılıb.

Müayinələr nəticəsində xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyata götürülərək əlavə müayinə və müalicə üçün  Şərur rayon Uşaq Xəstəxanasına və Naxçıvan Muxtar Respublika Xəstəxanasına göndərilib.

Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: