TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcəkc

A- A A+

Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti - 8-ci Görüşü Türkiyədə keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib.

O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var:

"Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizin müdrik siyasətlərinə xalqlarımız, dövlətlərimiz naminə mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: