Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Ailə ilə bağlı sosial və fiqhi məsələlər diqqətlə nəzərdən keçirilməlidir

A- A A+

Bu gün getdikcə daha çox əhəmiyyət qazanan qloballaşmanın, süni intellektin və rəqəmsallaşmanın yaratdığı yeni əxlaqi və sosial problemlərə qarşı, xüsusilə ailə institutunu və gənc nəsilləri qoruyacaq ortaq maarifləndirmə və rəhbərlik layihələri hazırlamaq da bizim məsuliyyətimizdir.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşündə çıxışı zamanı deyib.

S.Arpaquş ailə institutunun gücləndirilməsinə yönəlmiş ortaq işlərə üstünlük verilməli, ailə ilə bağlı sosial və fiqhi məsələlərin diqqətlə nəzərdən keçirilməli olduğunu deyib.

O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Diyanət İşləri və Dini İdarə rəhbərləri olaraq ölkələrdə fətvalarla bağlı yaranan qarışıqlığın aradan qaldırılmasının və eyni məsələlər üzrə ortaq həll yolları üzərində işlənilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: