Naxçıvan şəhərindəki tarixi binalar yenidən qurulur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır.

Yenidənqurma işləri tarixilik və müasirliyin vəhdəti ilə aparılır.  Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulmasında bu məsələ xüsusi olaraq diqqətdə saxlanılır.

Hazırda binada son tamamlama işləri görülür. Binanın ətrafında abadlıq işləri aparılır, yeni park salınır. Parkda Naxçıvan Muxtar Respublikasının turizm marşurutlarının xəritəsi və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulacaq.

Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin Ev Muzeyi yerləşəcək.

Həmin küçədəki 8 nömrəli binada da təmir işləri aparılır.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: