Türk Dövlətləri Təşkilatı qlobal arenada nüfuzunu və mövqeyini getdikcə daha da gücləndirir. Qardaşlıq münasibətləri və sıx əməkdaşlıq dövlət başçıları arasında aydın şəkildə özünü göstərir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.
O bildirib ki, Bakı şəhərində Özbəkistan parkının, Daşkənddə isə Azərbaycan parkının salınması xalqlarımız arasında mövcud olan möhkəm mədəni-mənəvi bağların daha da gücləndirilməsinə xidmət edir.
