“Mən bir susmaz duyğuyam” adlı elmi-praktik konfrans

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə ali təhsil ocağında  Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki,   Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam imzalayıb. Məqsəd  Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmaqdır. 

Daha sonra filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli və  filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov Cəfər Cabbarlının həyatını, yaradıcılığını əks etdirən, milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıblar.  

Sonda Tarix-filologiya fakültəsinin tələbələri Cəfər Cabbarlının şeirlərini səsləndiriblər.

                                                                     Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: