DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olmaqla 5 milyard 712 milyon manat təşkil edib.

DSMF-dən NUHÇIXAN-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri isə 5 milyard 494 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 490 milyon manat çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: