Naxçıvan MR-nın Dövlət Statistika Komitəsi ilk dəfə ISO 9001:2015 üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparatı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunu təsdiq edən sertifikata layiq görülüb.

Sertifikat Komitənin bu sahədə fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə keçirilmiş sertifikatlaşdırma auditinin nəticələrinə əsasən təqdim olunub.

Audit 2026-cı ilin may ayında sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış “SGS” şirkətinin yerli nümayəndəsi “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: