Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

A- A A+

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənc hüquqşünasların aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 30 ştat vahidi üzrə bu il aprelin 14-də elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu sentyabrın 30-u saat 18:00-da başa çatacaq.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/  internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək, müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını linkə daxil olaraq əldə edə bilər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə mediada, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir. Əlavə məlumat almaq üçün 361-00-80, 361-00-79, 437-28-56, 361-00-78 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: