Almaniyalı naşir Naxçıvanla bağlı kitab çap edəcək - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, almaniyalı naşir Holger Kretzschmar muxtar respublikada səfərdə olub. Səfər zamanı naşir bir sıra tarixi abidələri, muzeyləri, səhiyyə müəssisələrini ziyarət edib.

Qeyd edək ki, almaniyalı naşirin muxtar respublikaya səfərində məqsəd çap edəcəyi kitablarda Azərbaycana, xüsusi ilə Naxçıvan Muxtar Respublikasına geniş yer vermək, Avropanın bir çox  ölkələrində tanıtmaq və təbliğ etməkdən ibarətdir. Naşir səfəri çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində, Azərbaycanın incisi adlandırılan Ordubadda, Əshabi-Kəhf Dini-Mədəni Abidə Kompleksində və digər gəzməli-görməli yerlərdə olub, muxtar respublikanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri haqqında məlumatlar əldə edib, fotoşəkillər çəkib.

Holger Kretzschmar təəssüratlarını bölüşərək Naxçıvana gəlməyindən məmnunluğunu, bu yerlərin təbiətindən, zəngin mədəni irsindən, tarixi abidələrindən  təəsirləndiyini və heyran qaldığını bildirib. O, Naxçıvanla bağlı çap edilməsi planlaşdırılan kitabların sentyabr, oktyabr və noyabr ayları ərzində hazırlanaraq  mağazalara təqdim olunacağını xəbər verib.

 

                                                                              Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: