Şərur rayonunda kartof əkinləri davam etdirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda torpaq mülkiyyətçiləri növbəti məhsul üçün kartof əkinini  davam etdirirlər. Kartof əkiləcək sahələrdə lazımi hazırlıq işləri görülüb, şum qaldırılıb, üzvi gübrələr verilib.

Muxtar respublikanın torpaq iqlim şəraiti kartofçuluğu inkişaf etdirməklə əhalinin ilboyu yerli kartof məhsulu ilə təmin olunmasına imkan verir.  Ən böyük aqrar rayonu olan Şərurda bu sahədə hər il yüksək məhsul əldə olunur. Təkcə ötən il 1076 hektar əkin sahəsindən 16 min 357 ton kartof istehsal edilib.

Mütəxəssislərin məsləhətinə uyğun olaraq  torpaq mülkiyyətçiləri kartof əkinləri aparılan sahələrdə kolaroda kartof böcəyinə qarşı dərmanlama aparırlar.

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: