AZAL Qazaxıstanın daha bir istiqaməti üzrə uçuşlara başlayıb - FOTOLAR

A- A A+

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.

AZAL-danNUHÇIXAN-a bildirilib ki, Bakı–Aktöbə–Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.

Qazaxıstanın qərbində yerləşən Aktöbə ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilən region, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktöbə vilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı su anbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.

Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyə uçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı da təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: