Tələbələr Batabat Astrofizika Rəsədxanasında olublar

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I kurs tələbələri ilə görüş keçirilib.

Görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından doğan tədbirlər çərçivəsində baş tutub. Hamiliyə götürülmüş tələbələrlə görüşlərdə əsas məqsəd gənclərin elmə marağının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüskəldilməsidir.

Tələbələrin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Batabat Astrofizika Rəsədxanasının strukturuna Naxçıvan şəhərindəki inzibati bina, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyası və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyası daxildir. Rəsədxana elmi-tədqiqat istiqaməti komet, ulduz və asteroidlərin öyrənilməsi istiqamətində işlər aparır. Batabat stansiyasının əlverişli coğrafi mövqedə yerləşməsi burada bütün göy cisimlərinin, o cümlədən planetlərin, kometaların, asteroidlərin, ulduzların və yaxın qalaktikaların müşahidə edilməsinə və tətbiqinə imkan verir.

Daha sonra rəsədxanada planetlərin və ayın ümumi görünüşünü əks etdirən videogörüntü nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: