100 ildən sonra ilk dəfə yeni pişik növü aşkar edilib

A- A A+

Boliviyada 100 ildən çox müddət ərzində ilk dəfə yeni pişik növü aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "National Geographic" məlumat yayıb.

"Leopardus tilcayo" adlandırılan yeni növün ilk nümayəndəsinin başından quyruğuna qədər uzunluğu təxminən 45 santimetr, çəkisi isə 1.4 kiloqram olub.

Naməlum pişik balası 2015-ci ildə yerli sakin tərəfindən meşə yaxınlığındakı yolda tapılıb. Kişi onu ev pişiyi zənn edərək evinə aparıb. Lakin bir il sonra "qəribə pişiyi" qoruğa təhvil verib.

Heyvanın kiçik üzü, qısa və dəyirmi qulaqları, uzun bığları olub. Bədəninin rəngi bəbirin ləkələrini xatırladıb. Bununla belə, heyvan ev pişiyindən də xeyli kiçik olub.

Tapıntıdan xəbər tutan tədqiqatçı Paola Noqales-Askarruns əvvəlcə onun "Leopardus tigrinus" növünə aid olduğunu ehtimal edib. Lakin yalnız 10 il sonra aparılan genetik analizlər nəticəsində alimin də daxil olduğu tədqiqat qrupu heyvanın tamamilə yeni növə aid olduğunu müəyyənləşdirib.

Tədqiqatçılar kəşfi "Current Biology" jurnalında dərc olunan məqalədə təsvir ediblər.

Yeni növ Boliviyanın Yunqas regionunda, And dağlarının şərq ətəklərindəki meşələrdə yaşayır. Yerli əhalinin bu pişiyi "tilcayo" adı ilə tanıdığı bildirilir. Buna görə də heyvana "Leopardus tilcayo" adı verilməsi təklif edilib.

Hələlik bu pişiklərin nə ilə qidalandığı, necə ov etdiyi və çoxaldığı, eləcə də gündəlik həyatlarının bir çox digər xüsusiyyətləri məlum deyil.

Qeyd edək ki, sonuncu dəfə yeni pişik növü - pampas pişiyi 1923-cü ildə aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: