Gələcəyin hüquqşünasları istehsalat təcrübəsi keçdilər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının II kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan şəhər İcra və Probasiya şöbəsində istehsalat təcrübəsi keçiblər.

Tələbələr əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə Ekispertizası Mərkəzində olublar. Burada onlar baş vermiş cinayətlərlə bağlı daxil olan odlu silahlardan eksperimental atəşlərin keçirilməsi üçün və digər sahələr üçün nəzərdə tutulan avadanlıqların iş prinsipləri ilə tanış olublar.

Tələbələr “Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası”nın laboratoriyasında ekspertin iş təcrübəsi, pul nişanlarının və sənədlərin tədqiqatını aparmaq üçün pulların və saxta sənədlərin müəyyən olunma metodikası barədə məlumat alıblar.

Naxçıvan şəhər İcra və Probasiya Şöbəsində məhkəmə və digər inzibati orqanların qərarlarının icrası proseduru barədə tələbələrə ətraflı məlumat verilib. Tələbələr məhkəmə iclas zalının iclasa hazırlığının yoxlanması, məhkəmələrin təhlükəsizliyində müəyyən olunan fəaliyyət qaydasının təmin edilməsi prosesində yaxından iştirak ediblər.

        Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: