Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
NUHÇIXAN xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Zəfər Vəliyevi motosiklet vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.
